Kürün Xəzərə qovuşan hissəsində bir nəfər batıb

0
618

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

LEAVE A REPLY