Polis mayorunu bıçaqlayan şəxslərin məhkəməsi davam edib

0
572

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Ə. Həsənov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Ə. Məhərrəmov isə ittihamı qəbul etməyib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrında Bakıda 1979-cu il təvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışları – 1974-cü il təvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvəllüdlü Məsimov Kamil Zakir oğlu və iki qadınla birlikdə kafedə olan zaman Ə. Məhərrəmov aralarında mübahisə düşüb. Onlar əlbəyaxa olublar. Bu vaxt Ə. Məhərrəmovun tanışı Ə. Həsənov davaya qoşulub. Kütləvi dava zamanı Ə. Məhərrəmov və Ə. Həsənov bıçaqla həmin 3 nəfərə xəsarət yetirərək, qaçıblar. Xəstəxanaya çatdırılan şəxslərin həyatını xilas etmək mümkün olub.

N. Abdullayev polis mayorudur və Xzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində işləyir. O, hadisə zamanı xidmətdə olmayıb

LEAVE A REPLY