Türk dünyasının tanınmış tədqiqatçısı Lev Qumilyovun 105 illik yubileyi qeyd olunub

0
428

Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evi və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli sovet tarixçi-etnoloqu, arxeoloqu, şərqşünası, yazıçısı, şair və tərcüməçisi Lev Qumilyovun anadan olmasının 105 illik yubileyinə həsr edilən tədbir keçirilib.Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və digər çıxış edənlər görkəmli alimin həyat və elmi fəaliyyətindən söz açıblar.Qeyd olunub ki, L.Qumilyovun irəli sürdüyü konsepsiyaya görə, slavyanlar və türklər arasında dostluq əlaqələri zaman-zaman bütün Avrasiyanın həyat tərzinə çevrilib.Görkəmli alim L.Qumilyov “Etnogenez və yerin biosferi”, ”Qədim türklər”, ”Xəzər ətrafında minillik”, ”Son və yenidən başlanğıc”, ”Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” kitablarının və digər fundamental əsərlərin müəllifidir.

LEAVE A REPLY