Türkiyə ABŞ-a nota verdi — GƏRGİNLİK BÖYÜYÜR

0
703

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı keçirilən aksiyalardan sonra Amerikada-Türkiyə arasında yaranmış gərginlik daha da böyüyüb.“Ölkə.Az” xəbər verir ki, aksiya iştirakçıları ilə Ərdoğanın mühafizəçiləri arasında yaşanan qarşıdurmaya Amerika polisi qəribə reaksiya vermişdi. ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Ərdoğanın mühafizəçilərinə qarşı kobudluq etmişdilər. Bununla bağlı ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə hökuməti, Ankaradakı ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.
“Cənab prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda səfərdə olarkən, Türkiyə əleyhinə olan bir qrup insan etiraz aksiyası keçirib. Bu sırada ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Ərdoğanın yaxın mühafizəçilərinı qarşı kobudluq nümayiş etdirdilər. Bu diplomatik qanunlara ziddir. Bu əməl iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini sarsıda bilər. Bu səbəbdən də, ABŞ-ın güc orqanlarının bu addımı Türkiyə hökuməti tərəfindən şiddətlə qınanılır və etirazla qarşılanır. Türkiyə hökuməti rəsmi Vaşinqtondan məsələni araşdırmağı və nəticələr barədə açıqlama verməyi tələb edir”, – deyə etiraz notasında bildirilib.
Qeyd edək ki, Ərdoğan ABŞ-da səfərdə olarkən, bir qrup PKK tərəfdarı Türkiyə prezidenti əleyhinə çirkin ifadələr işlədərək onu “uşaq qatili” adlandırmışdı. Bunun üzərinə Ərdoğanın mühafizəçiləri PKK-çılara qarşı hücuma keçərək onlara ağır xəsarət yetirmişdi. ABŞ polisi də mühafizəçilərə qarşı kobudluq nümayiş etdirmişdilər.Hadisədən sonra Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson baş verənləri “türk şiddəti” adlandırıb.
“Türk şiddəti ən sadə deyimiylə qəbul edilə bilməz”, – deyə Tillerson bildirib.
Onun bu açıqlaması Türkiyə hökumətində birmənalı qarşılanmayıb və hiddətə səbəb olub.

LEAVE A REPLY