ABŞ-ın neft ehtiyatları azalıb

0
219

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.inkisaf.az AZƏRTAC istinadən xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 4,9 milyon barrel azalaraq 427,8 milyon barrel olub. Analitiklər ehtiyatların 5,1 milyon barrel azalacağını nəzərdə tuturdu. Beləliklə də, API-nin son 5 həftəlik hesabatına görə, ABŞ-ın neft ehtiyatlarında azalma müşahidə olunub. Ölkədə xam neft emalı isə gündəlik 309 min barrel artıb.

ABŞ-da benzin ehtiyatları ötən həftə 1,8 milyon barrel artıb. Beləliklə də, benzin ehtiyatları son 8 həftədə 5-ci dəfə artım göstərib.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.

 

LEAVE A REPLY