Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibələr başlayıb

0
731

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələrə başlanılıb.DİM-dən və AZƏRTAC-a istinadən inkisaf.az bildirir ki, bu qurum tərəfindən 2017-ci il dekabrın 15-də səkkiz dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.Z

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsinin (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı beş il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Qeyd edilən vakant vəzifələr üzrə 62 namizəd qeydiyyatdan keçib. Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud olan vakant vəzifələr üzrə ümumi müsahibələr başlayıb. Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri haqqında məlumatla DİM-in rəsmi saytında tanış olmaq mümkündür.


Warning: A non-numeric value encountered in /home/inkisaf/public_html/wp-content/themes/newspaper/includes/wp_booster/td_block.php on line 353

LEAVE A REPLY