Sumqayıtda dənizdə itkin düşmüş iki gəncin axtarışlarına FHN-in helikopteri cəlb olunub

0
647

Aprelin 18-də Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən iki nəfərin – 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlunun və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Inkisaf.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 23-də səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

LEAVE A REPLY