Saxta sənədlərlə Azərbaycandan Avropa ölkələrinə qanunsuz getmək istəyən üç əcnəbi saxlanılıb

0
328

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Inkisaf.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 24-25-də Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

Aprelin 24-də “Şar¬ja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.

Aprelin 25-də “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amenin pasportunun saxta olması ilə bağlı şübhələr yaranıb. Hər iki halda sərhədkeçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkarlanıb, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

LEAVE A REPLY