Akademik Zərifə Əliyevanın oftalmologiya elmi sahəsindəki xidmətləri gənc həkimlər üçün bir örnəkdir

0
620

Qazaxdakı Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar “Zərif ürəkli məğrur qadın” adlı tədbir keçirilib. Tədbirdə səhiyyə işçiləri, mərkəzin əməkdaşları iştirak ediblər.

Inkisaf.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Mərkəzin direktoru Ceyhunə Hüseynova Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

C.Hüseynova akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil etdiyini qeyd edərək, onun elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu bildirib.

Sonra oftalmoloq Rahilə Əhmədova, Səhiyyə İşçiləri Həmkarlar Təşkilatının sədri Sevda Həsənova çıxışlarında qeyd ediblər ki, Zərifə xanım Allahın insanlara bəxş etdiyi nurun, işığın keşiyində durub. Diqqətə çatdırılıb ki, görkəmli akademikin həyat və fəaliyyəti, tibb sahəsində qazandığı nailiyyətlər gənc həkimlər üçün bir örnəkdir.

Tədbir iştirakçıları Mərkəzin ekspozisiya zalında Zərifə xanım Əliyevaya həsr olunmuş filmə baxıblar.

LEAVE A REPLY