Gədəbəydə avtovağzaldan avtomobil qaçıran şəxslər saxlanılıb

0
233

Mayın 2-də Gədəbəy rayonunun Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək avtovağzaldan ona məxsus VAZ 2121 markalı avtomobilin tanımadığı şəxslər tərəfindən qaçırıldığını bildirib.

Inkisaf.az AZƏRTAC-a istinadən bildirir ki, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobilin yerinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində məlum olub ki, vətəndaşa məxsus avtomobili Gədəbəy rayon sakinləri Əfqan Əliyev və Hafiz Abdullayev qaçırıblar.

Saxlanılan şəxslər ilkin ifadələrində avtomobili rayon ərazisində sürmək məqsədilə qaçırdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

LEAVE A REPLY