Rusiya qırıcısı təlim zamanı yandı

0
539

Rusiyanın Perm şəhərində “MiQ-31” qırıcısı havaya qalxmağa hazırlaşdığı əsnada mühərrikində güclü yanğın baş verib.

Inkisaf.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Hadisənin görüntüsü “YouTube” portalına yerləşdirilib.

İlkin ehtimala görə, yanğına mühərrik sistemində baş verən qısa qapanma səbəb olub.

“Pilotlar təlim uçuşunu yerinə yetirməyə hazırlaşıb. Ancaq qırıcı eniş-uçuş zolağına çıxan zaman, ilkin məlumata əsasən, mühərrikində qısa qapanma baş verib və təyyarə yanmağa başlayıb.”, – deyə məlumatlı mənbə bildirib.

Hər iki pilot vaxtında təyyarəni tərk edə bilir, yanğın xilasedicilər tərəfindən söndürülüb.

LEAVE A REPLY