Gömrükçülər narkotik vasitə aşkarlayıb

0
349

Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Inkisaf.az AZƏRTAC-a istinadən bildirir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə – heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A REPLY