Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir

0
1135

ynəlxalq Federasiya tərəfindən təsis edilib. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması – xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

inkisaf.az AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. Bu il fevralın 28-də ölkə Prezidentinin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması uçun lazımi şərait yaradılıb.

Ümumiyyətlə dünyada 1935-ci ilə qədər bu xəstəlik haqqında heç nə məlum olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkimi J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini ifadə edib. XIX əsrin ortalarına doğru xəstəlik barəsində artıq xeyli məlumatlar var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb.

2013-2017-ci illər ərzində Dövlət proqramı çərçivəsində ölkə üzrə 1400-ə yaxın xəstə müayinə olunub. Onlardan 1214-nə dağınıq skleroz diaqnozu qoyulub. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə “Avonex” preparatı, təxminən 200 nəfərə “Mitoksantron” preparatı təyin edilib. Ehtiyac yaranan təqdirdə xəstələr ümumilikdə 20-yə qədər adda digər preparatlarla təmin edilib.

Dağınıq skleroz adətən gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz həyatının məhsuldar dövründə tam əlilliyə səbəb olan travmalardan və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

LEAVE A REPLY