Saatlıdakı hadisənin pestisid, yaxud qida zəhərlənməsindən baş verdiyi ehtimal olunur

0
291

Saatlıda pambıq sahəsində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Xəstələrdən 4-ü Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox insan kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev inkisaf.az-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb: “Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər”.

Qeyd edək ki, Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

LEAVE A REPLY