Bu gün Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək

0
675

Qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlılıq olmadığından Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək.

İNKİSAF.AZ AZƏRTAC -aistinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC birgə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, iyulun 4-də də paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi, eyni zamanda, digər zəruri tədbirlərin vaxtında icrası məqsədilə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC əlaqəli şəkildə fəaliyyət göstərir. Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etməsi xahiş olunur.

LEAVE A REPLY