Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejiminə keçib

0
584

Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejiminə keçib.

İNKİSAF.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, tibb müəssisələri generatorlarla tam təmin olunub. Baş verəcək hər hansı hadisənin qarşısının yerindəcə həll edilməsi məqsədilə metrostansiyaların qarşısında təcili tibbi yardım maşınları dayanıb. Gün ərzində ümumilikdə təcili yardım xidmətinə 16 müraciət daxil olub. Həyat təhlükəsinə səbəb olacaq hər hansı hadisə baş verməyib, dörd nəfər profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib.

LEAVE A REPLY