Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri Paşinyanın canına vəlvələ salıb

0
155

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə davam etməsi Ermənistan hökumətinin, xüsusilə də Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən baş nazir Nikol Paşinyanın canına vəlvələ salıb.

Bu fikri AZƏRTAC-a analitik Ehtiram Aşırlı deyib.

E.Aşırlı bildirib ki, sentyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarına səfərindən sonra “Facebook” səhifəsində sərsəm bəyanatlarla çıxış edib. Paşinyan deyib ki, cəbhə xəttində gərginlik var amma vəziyyət tamamilə ordunun nəzarətindədir və hər hansı təxribata cavab verməyə hazırıq. Bununla yanaşı o bildirib ki, bu, müharibəyə təhrik etmək demək deyil. Biz sülh danışıqlarına hazırıq, amma döyüşə də hazırıq, bu, çox əhəmiyyətlidir.

Analitik deyib: “Əvvəla, onu qeyd edim ki, Paşinyan münaqişənin sülh yolu ilə həllində maraqlı olsa idi, Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirməz, danışıqlar masası arxasına keçərdi. Buradan belə aydın olur ki, o, heç də söylədiyi kimi, sülh danışıqlarının tərəfdarı deyil. Onun bu açıqlamasının sadəcə auditoriya üçün nəzərdə tutulduğu çox aşkardır.

Digər tərəfdən, Paşinyan “döyüşə də hazırıq” deməsi ilə əslində Aprel döyüşləri və Günnüt əməliyyatlarından sonra erməni cəmiyyətində formalaşmış qorxu hissini gizlətməyə çalışır. Həmçinin onun bu açıqlaması Ermənistan ordusundakı sarsıntının aradan qaldırılmasına yönəlib. Lakin Paşinyan özü də çox gözəl bilir ki, onun bu cəhdləri əbəsdir. Çünki Azərbaycan Ordusu düşmənə elə bir zərbə endirib ki, bundan sonra bir daha çətin özünə gəlsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olu

LEAVE A REPLY