Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir

0
206

inkisaf.az -“Ana südü ilə qidalandırma” həftəsinin başlanması ilə əlaqədar Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pediatr və mütəxəssislərin iştirakı ilə brifinq təşkil edilib. Tədbirdə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev dünya ölkələrində, o cümlədən respublikamızda Səhiyyə Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi”nin keçirildiyini bildirib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışıb.

Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlılığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir.

Görüşdə, həmçinin körpəsini ana südü ilə qidalandırmağın qadının sağlamlığına da müsbət təsir göstərildiyi vurğulanıb. Bu, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, osteoporozun qarşısını alır.

Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Ana südü ilə qidalandırma” həftəsi oktyabrın 1-7-də keçiriləcək.

LEAVE A REPLY