Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlı üçün iftixar mənbəyidir

0
75

INKISAF.az Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycanın Qarsdakı baş konsulluğunda Türkiyənin Qafqaz Universitetində çalışan azərbaycanlı ziyalılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə baş konsul Nuru Quliyev ümummilli lider Heydər Əliyevin müəllim peşəsi ilə bağlı söylədiyi dəyərli fikirləri xatırladıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər bir azərbaycanlı üçün iftixar mənbəyi olduğunu söyləyən diplomat diqqətə çatdırıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq bu barədə tarixi qərar qəbul edib.

Görüşdə çıxış edən həmvətənlərimiz harada yaşayıb işləmələrindən asılı olmayaraq Azərbaycana bağlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, hər bir soydaşımız yaşayıb işlədiyi ölkədə, o cümlədən qardaş Türkiyədə ata ocağımız Azərbaycana aid bütün məsələlərdə fəal olmağa mənən borcludur.

 

LEAVE A REPLY