İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza paketinə 1829 adda tibbi xidmət daxil edilib

0
72

INKISAF.az -2015-ci ildən başlayaraq ölkəmizdə icbari tibbi sığorta pilot layihə şəklində həyata keçirilir. Artıq gələn ildən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunmasına başlanılacaq. Prezident İlham Əliyev ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs – TƏBİB yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə İcbari Tibbi Sığortanın əsas subyekti sayılan tibb müəssisələrinin səmərəli idarə edilməsi və nəzarətini TƏBİB həyata keçirəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza paketinə 1829 adda tibbi xidmət daxil edilib. Müalicəsi sığorta paketinə salınan xəstəliklər və tibbi xidmət barədə məlumat verən Milli Məclisin deputatı Rəşad Mahmudov deyib ki, ilk növbədə, yardıma ehtiyacı olan bütün xəstəliklər həmin paketə daxildir. Həmin paketə təxirəsalınmaz tibbi xidmət, MRT, tamoqrafiya, ultrasonoqrafiya, exokardioqrafiya kimi diaqnostik, eləcə də xəstələrə göstərilən hər hansı ambulator və stasionar yardımlar, ürək-damar xəstəlikləri, ən mürəkkəb transplanatsiya və mürəkkəb ortopedik-protezləşmələr aiddir”. O deyib ki, icbari tibbi sığorta paketinə daxil olmayan xəstəliklər Dövlət proqramlarına salındığı üçün sığortaya şamil olunmur. Həmin sıraya onkoloji, şəkərli diabet, talassemiya xəstəliyi və bəzi qan xəstəlikləri aiddir.

Deputat qeyd edib ki, icbari tibbi sığorta 2020-ci və sonrakı illərdə Dövlət Proqramına daxil olan xəstəliklərin müalicəsinin də vahid sistemdən idarəetməyə cəlb olunacağını gözləmək olar.

2020-ci ildən TƏBİB öz tabeliyinə keçən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin fəaliyyətinə tam nəzarəti həyata keçirəcək. Həmin tibbi müəssisələrin tam siyahısı isə yaxın vaxtlarda təsdiqlənəcək.

LEAVE A REPLY