Rəcəb Tayyib Ərdoğan İstanbulda Petro Poroşenko ilə görüşüb

0
121

inkisaf.az –Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentlərin 1 saat 15 dəqiqə çəkən təkbətək danışıqları mətbuata qapalı olub. Rusiya KİV-lərinin yaydığı məlumata görə, dövlət başçıları strateji əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Yanvarın 5-də Türkiyəyə səfər edən Petro Poroşenko Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi üçün Ərdoğana minnətdarlığını bildirib. Prezidentlər Rusiyada mühakimə edilən ukraynalıların, o cümlədən Krım tatarlarının azad olunması ilə bağlı tədbirləri nəzərdən keçiriblər.

Rəcəb Tayyib Ərdoğan və Petro Poroşenko Türkiyə ilə Ukrayna arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığında müsbət dinamikanı, həmçinin qarşılıqlı turist axınının artmasını qeyd ediblər.

LEAVE A REPLY