Britaniyalı alimlər xərçəngin yayılmasının qarşısını uzunmüddətli perspektivdə alan preparat işləyib hazırlayıblar

0
165

Britaniyalı alimlər bildiriblər ki, başqa prosedurlara reaksiya verməyən ən davamlı xərçəng hüceyrələrinin inkişafının qarşısı almağa imkan verən yeni preparatlar yaxın on ildə işlənib hazırlana bilər.

INKISAF.AZ   BBC-yə istinadla bildirir ki, Britaniya Xərçəng Tədqiqatı İnstitutu (ICR) bu yanaşmanın öyrənilməsinə 75 milyon funt sterlinq ayırdığını elan edib. ICR Londonun cənubunda, Satton rayonunda yeni dərman preparatlarının işlənib hazırlanması üçün müasir mərkəz açmağa ümid bəsləyir.

İnstitutun rəhbəri Pol Uorkman deyib ki, xərçəng hüceyrələrinin dərmanlara uyğunlaşmaq bacarığı və dərmanların təsirliliyə nail olmaq xərçənglə mübarizədə ən ciddi problem olaraq qalır. Onun sözlərinə görə, işlənib hazırlanma mərhələsində olan yeni dərmanlar uzunmüddətli perspektivdə xərçəngin yayılmasının qarşısını ala biləcək. Bundan əlavə, xərçəngdən müalicə olunmaq asanlaşacaq.

Tədqiqatçılar bildirirlər ki, onkoloji xəstəliklərə qarşı, məsələn, kimya terapiyası kimi müasir mübarizə metodları bəzən nəticə vermir, çünki xərçəng hüceyrələri salamat qalır, uyğunlaşır və xərçəng geri qayıdır.

Professor Uorkman deyib: “Xərçəng hüceyrələrinin təkamül etmək və rezistentliyi inkişaf etdirmək bacarığı xərçəngdən ölüm hallarının çoxunun başlıca səbəbidir və bu xəstəliyə qarşı mübarizədə əsas problemdir”.

Onun sözlərinə görə, ICR xərçəngin müalicəsinə yeni radikal yanaşma işləyib hazırlayır və xərçəng hüceyrələrinin məhz necə təkamül edəcəyini qabaqcadan düşünüb tapmağa çalışır. Tədqiqatçıların məqsədi xərçəng hüceyrələrinin xərçəng əleyhinə preparatlara qarşı davamlı olmasına yol verməməkdir.

İnstitut ümidvardır ki, layihə üzərində işə müxtəlif elm sahələrindən təqribən 300 tədqiqatçı cəlb edə biləcək.

LEAVE A REPLY