“Argentina Azərbaycan Rəssamlarının Gözü ilə”

0
179

8 İyul Azərbaycan Rəssamlıq Akademyasının və Argentina Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Argentinanın Müstəqillik Gününə həsr olunmuş “Argentina Azərbaycan Rəssamlarının Gözü ilə” adlı sərgi-tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Argentinanın Azərbaycandakı Səfiri cənab Sergiyo Perez Gunella açaraq qeyd etdi  ki, Bakıya  gəldiyimdən 3 ay  kimi  az  bir  zaman  keçsə  də,  Azərbaycan  xalqının  ətrafa  saçdığı  istilik,  qonaqpərvərlik  və  mədəni  müxtəlifliyin  inkişafına  göstərdikləri  diqqət  sayəsində  özümü  elə  ilk  gündən  doğma  evimdəki  kimi  hiss  etmişəm. Argentinanın  müstəqilliyinin  203-cü il dönümünə həsr olunmuş  bu  möhtəşəm  sərgini  ərsəyə  gətirdiklərinə  görə Azərbaycan Rəssamlar  İttifaqının  üzvləri  layihə  rəhbəri  Elnurə İsgəndərovaya  və  təşkilatçı  Aygün  İsgəndərovaya,  eyni  zamanda  Azərbaycan Rəssamlıq Akademyasının  rektoru  Ömər  Eldarova  öz  dərin  minnətdarlığımı  bildirirəm.
Bu gün  biz  Azərbaycanlı  rəssamlara  təxəyyüllərində  canlandırdıqları  Argentinanı  kətan  üzərində  ifadə  edə  bilməkləri  üçün  çox  gözəl  bir  imkan  yaratmışıq   və  bu  imkanın  bəhrəsi  hər  iki  ölkə  arasındakı  əlaqəni  daha  da  dərinləşdirməyə  xidmət  edəcəkdir.
Layihə  rəhbəri  Elnurə İsgəndərova  tədbir  iştirakçılarını  və  qonaqları   Aygün  xanım  və  öz  adımdan  salamladı  və  sərginin  məqsədinin   Argentina  və  Azərbaycan  arasında  mədəni  əlaqələrin,  dostluğun  inkişafına  töhfə  vermək  olduğunu  bildirdi. Daha  sonra  peşəkar  rəqqas, pedaqoq  İlham Kərimli  və
Röya  Əliyevanın  ifasında  mükkəmməl,  göz  oxşayan  Azərbaycan  milli  rəqsi  tədbir   iştirakçılarına  ərməğan  olundu.  Tədbirdə  müxtəlif   səfirliklər  iştirak  edirdilər.
Xatırladaq ki,  sərgidə  70 rəssam  70  əsəri ilə  iştirak  edirdi. Və  sonda  iştirakçılar diplomla  təltif  edildilər.

Xüsusi müxbir: Aygün Oqtay

Fotoqraf: Vüsalə Yunusova

LEAVE A REPLY