İran generalının dəfnində ölənlərin sayı 56 nəfərə çatıb

0
176

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Qüds” qüvvələrinin komandanı general-leytenant Qasım Süleymaninin cənazəsi ilə vida mərasimində yaşanan izdihamda ölənlərin sayı 56 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kirman vilayətinin Təcili Tibbi Yardım Mərkəzinin müdiri Seyid Məhəmməd Sabiri məlumat verib. O bildirib ki, dəfn mərasimində zərərçəkənlərin əksəriyyəti yaşlı şəxslər olublar.

Qeyd edək ki, general doğma şəhəri Kirmanda dəfn olunub.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

LEAVE A REPLY