Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında videokonfrans keçirildi.

0
88

inkisaf.az

İyunun 30-da ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Endryu Çaufer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzikin vasitəçiliyi və iştirakı ilə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında videokonfrans keçirildi.

“Videokonfrans zamanı tərəflər pandemiyada sülh prosesi ətrafında vəziyyətə toxundu. Ermənistanın xarici işlər naziri, Azərbaycanın səsləndirdiyi müharibə xarakterli və dağıdıcı bəyanatların yolverilməz olduğunu vurğuladı, sülh yolu ilə nizama salmaq atmosferinə xələl gətirdiyini və xalqları sülhə hazırlamaq öhdəliklərinin yerinə yetirilməsinə mane olduğunu qeyd etdi”.

Eyni zamanda, Mnatsakanyan Dağlıq Qarabağın erməni icması”(Artsax xalqı) üçün, o cümlədən azad və təhlükəsiz hərəkət yolu ilə hərtərəfli təhlükəsizliyin davamlı təmin edilməsinə” ehtiyac olduğunu qeyd etdi.

Azərbaycan hakimiyyəti Ermənistandakı demokratik dəyişiklikləri təhlükə hesab edir – Xarici İşlər Nazirliyi >>

Görüşdə tərəflər birbaşa görüş keçirməyin mümkünlüyünü, həmsədrlərin pandemiya vəziyyətinin inkişafından asılı olaraq bölgəyə səfərlərini müzakirə etdilər.

Bundan əlavə, gələn ay video formatında təmasları davam etdirməyə hazır olduqları vurğulandı.

 

LEAVE A REPLY