0
61

Ermənistanda nikahların sayı azaldı və bu da doğum nisbətinin azalmasına səbəb oldu. Eyni zamanda, altı bölgədə əhali azaldı.

YEREVAN, 2 sentyabr – Sputnik. Ermənistanın on bölgəsində, bu ilin birinci yarısında doöulanların sayından, 447 nəfər çox ölü,qeydə alındı. bunu Ermənistan Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun mütəxəssisi Artak Markosyan Sputnik Ermənistan- a bildirib . O qeyd edib ki,”Keçən il üç bölgədə ölüm nisbəti doğum səviyyəsini keçib, bu il altı belə bölgə var – Lori, Şirak, Tavuş, Syunik, Vayots Dzor və Gegharkunik. Sonuncu bölgədə vəziyyət daha acınacaqlıdır, baxmayaraq ki, əvvəllər orada artım olmuşdu”. Bu  spesifik təsir ondan ibarətdir ki, təxirə salınmış nikahların sayı 2100-dür və bu da doğuş səviyyəsinə birbaşa təsir göstərir.

Tədqiqat hələ tamamlanmasa da, Markosyan vətəndaşların davranışında bir dəyişiklik olacağını proqnozlaşdırır: bəzi ailələrdə yalnız birinci uşağın deyil, ikinci uşağın da planlaşdırılması gecikə bilər.

Bu çərçivədə son iki ildə Ermənistanda doğum nisbətinin artmadığını, bununla birlikdə azalma nisbətində azalma olduğunu qeyd edib: əgər 2016-2017-ci illərdə doğulanların sayı 2.700 uşaq, 2017-2018-ci illərdə – 1125, 2018-2019-cu illərdə – 443 uşaq olub. Bu ilin birinci yarısı tamamilə arzuolunmaz səviyyədədir.

Qeyd edək ki, Ermənistan Ədliyyə Nazirliyinə görə 2020-ci ilin birinci yarısında 4885, 2019-cu ilin eyni dövründə isə 7285 nikah qeydə alınıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel ayında 233, bir il əvvəl isə bundan 5 dəfə çox nikah  qeydə alınmışdır. yəni – 1353 nəfər.

Bundan əlavə, 2020-ci ilin birinci yarısında boşanmaların sayı 1.453, keçən ilin eyni dövründə isə 2.136, yəni 683 nəfər az oiub. Karantin elan edildiyi mart ayında 295 boşanma qeydə alınıb və sonrakı aylarda azalmalar diqqət çəkir: aprel ayında – 141, may ayında – 161, lakin iyun ayında – 276 nəfər olmuşdur

Читать далее: https://ru.armeniasputnik.am/society/20200903/24323026/Depopulyatsiya-v-Armenii—ekspert-predstavil-neuteshitelnye-pokazateli.html

LEAVE A REPLY