Qədim Türk diyarı Azərbaycanın Zəngəzur mahalinda soy qrım. Sənədli filmi.

0
36

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi  layihəsi olan və “Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəstəyi”İ.B-nin maliyə dəstəyi ilə “Zəngəzur soyqrımı ” nın çəkilişi yekunlaşmaq üzrədir. Bu gün Qarabaöımız uğrund, torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi üçün ŞANLI ORDUMUZUN müzəffər yürüşü inşallah Zəngəzur soyqrımının da, intiqamını erməni faşistlərindən alacaq, Meqri yolunu açaraq Naxçıvan M.R -nı “blokadasına” son qoyacaq.

Əhalisi soyqırımı və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti arasında bölüşdürülməsi ilə Zəngəzurun yerli əhalisi olan azərbaycanlıların həyatında faciə və müsibətlərin əsası qoyuldu. Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm formalarından biri olan köçürülmə siyasəti regionun demoqrafik vəziyyətində ciddi dəyişikliklərə gətirib çıxarmış, erməni əhalinin Azərbaycanın digər bölgələrinə olduğu kimi, Zəngəzurda da kütləvi yerləşdirilməsi və əksinə, yerli azərbaycanlıların sıxışdırılması nəticəsində ermənilər bölgənin milli tərkibində tədricən üstünlük qazanmağa başlamışdılar. Zəngəzurda da İrandan və Türkiyədən köçürülən ermənilər əsasən azərbaycanlılar yaşayan kəndlərdə məskunlaşdırılmış, bununla da bölgənin türksüzləşdirilməsi prosesinin əsası qoyulmuşdu. Ermənilərin bölgədə kütləvi məskunlaşdırılmasından sonra onun tarixən türk mənşəli coğrafi toponimləri də erməniləşdirilməyə məruz qalmış, əksər Azərbaycan-türk yer və kənd adları süni surətdə erməni toponimləri ilə əvəz olunmuşdu.

1905-1906-cı illərdə Zəngəzurda müsəlman əhaliyə qarşı törədilmiş qanunsuzluqlardan sonra bir çox kəndlərin müsəlman əhalisi qaçqın düşsə də, onların əksəriyyəti bir müddətdən sonra doğma yurdlarına geri qayıtmış, öz həyatlarını yenidən qurmağa müvəffəq olmuşdular. 1917-1920-ci illərdə Zəngəzurun türk əhalisi ikinci dəfə soyqırımı və deportasiya ilə üzləşmişdi. Lakin 1906-cı ildən fərqli olaraq, bu dəfə onların əksəriyyətinə öz doğma yerlərinə qayıtmaq müyəssər olmamışdı.
1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında azərbaycanlılar 123085 (və ya 99073), yəni 55 faiz, ermənilər isə 99257 (və ya 82976), yəni 44,3 faiz təşkil edirdi (Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1997).
Rusiyada 1917-ci ilin fevral inqilabından sonra bölgədə yaranmış ziddiyyətli vəziyyətdən, Birinci Dünya müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə edərək ermənilər qonşu xalqların hesabına milli dövlət yaratmaq iddialarını gerçəkləşdirməyə başladılar. Bu ideyanın həyata keçirilməsi üçün isə yeganə yol həmin ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi. Bu məqsədlə kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f.970, s.1, iş 253, v.11, 18-19). Əgər 1918-ci ilin mayına qədər azərbaycanlı əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər Birinci Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrindən fəal istifadə olunmağa başlandı.

Zəngəzurda 1918-ci ildə türk-müsəlman əhalinin soyqırımı quldur Andronikin bölgəyə gəlməsi ilə pik nöqtəyə çatdı. Cənubi Azərbaycanda, Naxçıvanda və Ordubadda kütləvi qırğınların bilavasitə təşkilatçısı olan bu quldurun dəstələri öz məkrli əməllərini bu dəfə Zəngəzurda, silahsız Azərbaycan kəndlilərinə qarşı davam etdirməyə başladı. 1918-ci il sentyabrın əvvəllərində Zəngəzurun hüdudlarına soxulan erməni quldur dəstələri dinc müsəlman əhaliyə qarşı amansız tədbirlər həyata keçirməyə başladı. Andronikin vəhşilikləri haqqında Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlərin teleqram və məktublarında, dövri mətbuat səhifələrində, eləcə də çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcuddur. FTK-nın topladığı 36 cildlik istintaq materiallarının (3500 səhifəlik) 2 cildi (təqribən 80 səhifəlik) Zəngəzur qəzasındakı hadisələri özündə ehtiva edir. Zəngəzur qəza rəisi M.Namazəliyevin məlumatına görə, Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur müsəlman kəndlərini dağıdaraq 500 nəfər insanı qətlə yetirmişdi (ARDA, f.894, s.4, iş 19, v.129). M.Namazəliyevin 30 oktyabr 1918-ci il tarixli raportundan isə bəlli olur ki, 1917-ci ilin dekabr – 1918-ci ilin avqustu arasındakı müddətdə təkcə Zəngəzur qəzasının I sahəsində 16 kənd dağıdılmış, 708 nəfər məhv edilmiş, 47 mln. 390 min rubl məbləğində maddi ziyan vurulmuşdu (“Azerbaydjan”, 1918, 13 noyabr).

LEAVE A REPLY