“Qarabağ Azərbaycandır və nida işarəsi”: Cəbrayıllıların 27 illik həsrətinə son qoyulur 04.10.2020 [22:06] Bakı, 4 oktyabr, AZƏRTAC Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Cəbrayıl şəhərinin və rayonunun bir sıra kəndinin işğaldan azad olunduğunu elan etdi: “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!” Bəli, bu gün xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əks-hücum əməliyyatı nəticəsində ard-arda torpaqlarımızın işğaldan azad olunması xəbərlərini alır. Otuz ilə yaxın müddətdir gözlədiyimiz bu xəbərlər hər bir azərbaycanlını qürurlandırır, hər birimizi yeni-yeni qələbələrə ilhamlandırır. Döyüş meydanında böyük hünər göstərən əsgərlərimiz öz canı, qanı bahasına müasir Azərbaycanın ən şanlı qələbəsinə imza atırlar. Cəbrayıllıların Vətən həsrətinə son qoyulur İyirmi yeddi il sonra bu torpağa qayıda biləcəyi ilə bağlı xəbəri almaq tam fərqli və sözlə ifadə olunmayan bir hissdir. Bu əvəzsiz hissləri xalqımıza bəxş edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarıq. Əminik ki, gün gələcək üçrəngli bayrağımız işğaldan azad olunacaq bütün torpaqlarımızda dalğalanacaq. Xalqımızın Vətən həsrətinə son qoyulacaq. Bütün bu torpaqlarımızda həmin ərazilərin əsl sahibləri gəzəcəklər. Tarixi ədalət bərpa olunacaq. 1993-cü il avqustun 23-də işğal edilən Cəbrayıl Azərbaycanımızın ən dilbər guşələrindən hesab olunur. Təxminən 80 800 nəfər əhalisi olan Cəbrayılın ərazisi 1050 kvadratkilometrdir. Erməni işğalı nəticəsində buradakı bütün yaşayış məntəqələri, infrastruktur obyektləri, tarixi abidələrimiz dağıdılıb. Lakin buna baxmayaraq, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, işğaldan azad olunacaq bütün şəhər, rayon, qəsəbə və kəndlərimiz əsaslı şəkildə yenidən bərpa olunacaq və insanların tarixi torpaqlarına qayıdışı bərpa ediləcək. Buna Azərbaycan Respublikasının malik olduğu iqtisadi qüdrət tam imkan verir. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə Azərbaycan bu iradəsini nümayiş etdirdi. Cocuq Mərcanlı doğma Vətənimizə Böyük Qayıdışın əsası oldu. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi reallığa çevrilir Bir il əvvəl – 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına qəti şəkildə cavab verərək “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Artıq tam bir il keçir və Prezident İlham Əliyevin sözləri reallığa çevrilir, torpaqlarımız düşməndən təmizlənir. Artıq ermənilərin də Qarabağın Azərbaycan torpağı olduğunu başa düşmələrinin vaxtı çatıb. Ermənilər vahimə içində torpaqlarımızı tərk edirlər. Bu gün bütün dünya Azərbaycan Prezidentinin səsləndirdiyi hər fikrin arxasında dayandığını görür. Əminik ki, xalqımızın milli maraqlarını siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi, Ordumuzun gücü sayəsində bu Vətən müharibəsində qələbə çalacağıq. Fikirlərimi dövlətimizin başçısının xalqa müracətindən aşağıdakı fikirlə tamamlayıram: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”. Əsəd Məmmədov AZƏRTAC-ın redaksiya müdiri © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin Bizi sosial şəbəkələrdə izləyin Facebook Twitter Telegram Linkedin Instagram Youtube MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 04.10.2020 [22:35] Quram Marxuliya: Ermənilərin Gəncəni raket atəşinə tutması bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir 04.10.2020 [22:25] Prezident: Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır 04.10.2020 [22:16] Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil 04.10.2020 [22:11] Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan dərhal hücumları dayandırmalı, muzdlu əsgərləri və terrorçuları geri göndərməlidir VİDEO ​ 1 / 1 MULTİMEDİA

0
23

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Cəbrayıl şəhərinin və rayonunun bir sıra kəndinin işğaldan azad olunduğunu elan etdi: “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”

Bəli, bu gün xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əks-hücum əməliyyatı nəticəsində ard-arda torpaqlarımızın işğaldan azad olunması xəbərlərini alır. Otuz ilə yaxın müddətdir gözlədiyimiz bu xəbərlər hər bir azərbaycanlını qürurlandırır, hər birimizi yeni-yeni qələbələrə ilhamlandırır. Döyüş meydanında böyük hünər göstərən əsgərlərimiz öz canı, qanı bahasına müasir Azərbaycanın ən şanlı qələbəsinə imza atırlar.

Cəbrayıllıların Vətən həsrətinə son qoyulur

İyirmi yeddi il sonra bu torpağa qayıda biləcəyi ilə bağlı xəbəri almaq tam fərqli və sözlə ifadə olunmayan bir hissdir. Bu əvəzsiz hissləri xalqımıza bəxş edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarıq. Əminik ki, gün gələcək üçrəngli bayrağımız işğaldan azad olunacaq bütün torpaqlarımızda dalğalanacaq. Xalqımızın Vətən həsrətinə son qoyulacaq. Bütün bu torpaqlarımızda həmin ərazilərin əsl sahibləri gəzəcəklər. Tarixi ədalət bərpa olunacaq.

1993-cü il avqustun 23-də işğal edilən Cəbrayıl Azərbaycanımızın ən dilbər guşələrindən hesab olunur. Təxminən 80 800 nəfər əhalisi olan Cəbrayılın ərazisi 1050 kvadratkilometrdir. Erməni işğalı nəticəsində buradakı bütün yaşayış məntəqələri, infrastruktur obyektləri, tarixi abidələrimiz dağıdılıb. Lakin buna baxmayaraq, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, işğaldan azad olunacaq bütün şəhər, rayon, qəsəbə və kəndlərimiz əsaslı şəkildə yenidən bərpa olunacaq və insanların tarixi torpaqlarına qayıdışı bərpa ediləcək. Buna Azərbaycan Respublikasının malik olduğu iqtisadi qüdrət tam imkan verir. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə Azərbaycan bu iradəsini nümayiş etdirdi. Cocuq Mərcanlı doğma Vətənimizə Böyük Qayıdışın əsası oldu.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi reallığa çevrilir

Bir il əvvəl – 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına qəti şəkildə cavab verərək “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Artıq tam bir il keçir və Prezident İlham Əliyevin sözləri reallığa çevrilir, torpaqlarımız düşməndən təmizlənir. Artıq ermənilərin də Qarabağın Azərbaycan torpağı olduğunu başa düşmələrinin vaxtı çatıb. Ermənilər vahimə içində torpaqlarımızı tərk edirlər.

Bu gün bütün dünya Azərbaycan Prezidentinin səsləndirdiyi hər fikrin arxasında dayandığını görür. Əminik ki, xalqımızın milli maraqlarını siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi, Ordumuzun gücü sayəsində bu Vətən müharibəsində qələbə çalacağıq.

Fikirlərimi dövlətimizin başçısının xalqa müracətindən aşağıdakı fikirlə tamamlayıram: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

LEAVE A REPLY