“Zəngəzur soyqrımı” sənədli filminin çəklişi başa çatdı.

0
32

İNKİSAF.az

Zəngəzur soyqrımı bəşəriyyətdə insanlığa qarşı ermənilər tərəfindən törədilmiş  acımasız, amansız bir qırğın olduğu orta məktəb dərsliklərində də, öz əksini tapmışdır. Lakin bu faciyəni sənədli film şəkilində xalqımıza və dünyaya müxtəlif variantlarda çəkib göstərmək ən vacib məsələlərdən birincisidir desəm, yəqin ki səhv etmərəm. Biz də, “Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəsdəyi” İB- i olaraq, Azərbaycan Respublikası Prezidentı Yanında QHT-nin maliyə yardımı ilə Zəngəzur soyqrımı haqqında sənədli film çəkilməsinə “start” verdik. Hal- hazırda çəklişi başa çatmışdır. İnşallah bizim də çəkdiyimiz bu sənədli film, xalqımızım maarıflənməsinə öz töhfəsini verəcəkdir. İndi isə tarixçilərimizin əsərlərindən növbəti, qısa xranalogiyanı təqdim edirik. 

Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı QafanGorusQarakilsə (Sisian), Meğri (Mehri) ZəngilanQubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.[1]

Zəngəzur qəzası 1 yanvar 1903-ci illər xəritəsi.

Toponimin sonundakı «zur» türk dilində «dərə», «yarğan» mənasında işlənən car (>zar>zur -İ.B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Zəngəzurun torpağında Bazarçay axır. Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Ona görə də bu əraziyə zəngi dərəsi də deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir.

Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.

1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşdı.

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər bahasına tutdu, onun qoşunlarına qarşı çox dirəniş göstərdiklərinə görə bu yerləri xarabazara çevirdi, 10 min ailəni buradan imperiyasının şərqinə -Əfqanıstana köçürmək əmri verdi. Teymurun bu yürüşünü canlı görüb yazıya alan Foma Mesoplu “Əfqan tarixi”ndə, Yesay Həsən Cəlal “Alban ölkəsinin qısa tarixi”ndə bu köç haqqında məlumat veriblər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən saldı. Ən maraqlısı odur ki, yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırdı və bu ad sonra fonetik dəyişimə uğrayaraq bütöv bir xalqın və ölkənin adını, ünvanını dəyişib “əfqan” a çevirdi.

Zəngəzur Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1502-ci ildə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü. 1420-ci ildə Ərzurumda Ağqoyunlu hökmdarı Qara Osmanı məğlub edib Naxçıvan və Zəngəzur ellərini “soyurğal” alan Qara İsgəndər çoxlu sayda erməni ailəsini Ararat və Sünikə köçürdüb yerləşdirdi. Osmanlı və Səfəvilər arasında Qarabağ-Zəngəzur uğrunda uzunsürən qanlı döyüşlər getdi, bu səbəbdən o dövrlərə aid “Müfəssəl dəftər”lərdə Zəngəzurun əksər yaşayış məntəqələrinin boşaldığı, əhali yaşamadığı, xarabalıqlara çevrildiyi qeyd edilib.

İstanbul Topkapı sarayı muzeyinin kitabxanasında Zəngəzur, Naxçıvan, İrəvanla bağlı müfəssəl məlumatların yer aldığı 48 səhifəlik “Rəvan mühasirəsi tarixçəsi” və “Mühimmə dəftəri”nin müəllifi Cərrahzadə Məhəmməd təsvir etdiyi hadisələrin canlı şahidi olub; I Şah Abbasın Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar, onun bu yerlərin müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində hər iki vilayətin əhalisinin öz yerlərini tərk edib getdiyi faktlarla göstərilir. Zəngəzurdan daha bir kütləvi köç fərmanını I Şah Abbas (27 yanvar 1571 – 19 yanvar 1629) verib.

Zəngəzur mahalındakı yaşayış məntəqələri

Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 19051907 və 19141920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.

Bölgə Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə Fevral inqilabından sonra yaranan Ermənistan Xalq Cümhuriyyəti ərazisinə daxil deyildir, ancaq bu müqaviləni tanımayan Andranik Ozanyan Osmanı ordusundan qaçaraq bölgəni işğal etdi və bundan sonra silahlı erməni dəstələrinin törətdikləri vəşiliklər daha amansız oldu.

LEAVE A REPLY