İrəvan və Zəngəzur ermənilərə necə verildi?

0
39

inkisaf.az

  25.09.2019

Məlum tarixi həqiqətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmamışdır. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə etmişlər.

Foto: azerbaycanli.org
Foto: azerbaycanli.org

1917-ci ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya və sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edir və İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə etməyi təklif edirlər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz zərurət,  Azərbaycan xalqı üçün isə qaçılmaz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilir. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan  hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox  maraqlıdır. Fətəlixan məktubunda yazırdı ki: “Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəştə getdik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. 1918-ci ildən bugünədək Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı işğal siyasətinə dəfələrlə toxunan dövlət başçısı 2012-ci il dekabrın 24-də Sumqayıtda Bakı şəhərinin Zabrat, Hövsan qəsəbələrində, Gəncə, Şəki, Şəmkir şəhərlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binalarının istifadəyə verilməsi mərasimində iştirak edərkən öz çıxışında bu məsələyə yenidən qayıdarkən atılan addımla bağlı demişdir: “Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm  ki, böyük səhv və böyük cinayət idi. Ancaq bu tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır (Bax: “Azərbaycan” qəzeti, 25 dekabr 2012-ci il). Ölkə Prezidenti öz fikri ilə tarixi həqiqəti təsdiqləmişdir. Bəs bu tarixi həqiqət arxiv sənədlərində öz əksini neçə  tapmışdır, bu hadisələr neçə baş vermişdir – sualına cavab tapmaq üçün arxiv sənədlərinə müraciət edək.

1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalmaqla 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verirlər. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də, indi bu sənəd arxivdə yoxdur! Milli Şura üzvlərinin bu məsələdə  tutduqları belə mövqe bir sıra suallar doğrurur. İrəvan şəhərini ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin  rəyi soruşulmuşdumu?

LEAVE A REPLY