Layihənin icrası sona   çatdı…

0
32

inkisaf.az –Azərbaycan Respublikasının Prezideti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gizir” filminin çəkilməsi adlı layihənin icrası üçün çəkilişlər sona çatdı. Şəhid Vilayət Əsgərovun xatirəsinin əbədiləşdirilməsi üçün çəkilən filmdə şəhidin anası Zərifə Əsgərova çəkildi. Zərifə ana əvvəlcə filmin çəkilməsində əməyi olan hər kəsə təşəkkür etdi. Oğlu Vilayət haqda danışarkən ananın titrəyən səsi, axan göz yaşları şəhid anası olmağın nə qədər çətin olduğunu bir daha göstərdi. Ermənistan və Rusiya ordu birləşmələrinin atdıqları mərmilərin zərbəsindən parçalanan tikəsi ələ gəlməyən, məzarı olmayan şəhidin anası hər kəsin gedib məzarında ağladığı bir şəhidi var. Mənim şəhidimin məzarı belə yoxdur deyən ana fəryad etdi. Uzun illərdir gözüm yollaradadır. Həmişə balamın gələcəyi günü gözləyirəm. Gələr deyə düşünürəm deyən şəhid anası oğlunun məzarı olmadığı üçün onun ölümünüdə qəbul etmir. Oğlumun nə övladı, nədə məzarı yoxdur. Bir gün anasıda olmayanda Vilayətimi kim xatırlayar? Elə buna görədə balam haqda filmin çəkilməsi həyatımın ən böyük arzusu idi. Bu film hazır olandan sonra ölsəm belə arzum yoxdur.  Bütün  şəhid analarına səbrli olmağı arzu edən ananın oğlu üçün çəkilimiş film hazırda  son baxış üçün komissiyaya təqdim edilib.

Başa çatmış  layihə üçün veriləcək son qərar filmin disklərinin çoxaldılmasından sonar filmin təqdimatı keçiriləcəkdir. Beləliklə oğul düşmən cəpəridir, oğul vətəni qorumaq üçündür, mənimdə oğlum  vətən uğrunda şəhid oldu. Təki vətən yaşasın.

Layihənin icrasını Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyi həyata keririr.

 Layihə rəhbəri  Zərifə Əsgərova

LEAVE A REPLY