Tarixi həqiqətlər “Difai” filminin çəkilməsi adlı layihənin icrası başa çatdı.

0
27

inkisaf.az –  ATESH,AZ saytının verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi birinci Qrand müsabiqəsində qalib olmuş layihəmizin icrasi üçün “Difai” filminin çəkilməsi nəzərdə tutulub. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ideyası əsasında həyata keçirilən layihənin vasitsi ilə “Difai” təşkilatı haqda geniş məlumat təqdim ediləcək.  Film çəkilişləri bitərək hazır vəziyyətə gətirilib.  Filmə baxılması məqəsədi ilə komissiyaya göndərilib.   Filmin  komissiya tərəfindən qəbul ediləcəyinə əminik. Çünki filmimiz yüksək səviyyədə hazırlanıb. Filmin gecikməsinin səbəbi Korona virus pandemiyasından əhalinin qorunması məqsədi ilə sərtləşdirilmiş karantin rejimi oldu. Lakin filmin çəkilişləri və hazırlanması yüksək səviyyədə həyata keçirilərək komissiyaya təqdim edildi. Layihənin icrası ərəfəsində keçirilən görüşlərin təşkilatımıza çox müsbət təsiri oldu.  Şuranın ayırdığı maliyyə ilə çəkilən filmin ingilis və rus dillərinə də tərcümə edilməsi baş tutudu. Filmin tərcümə edilməsində  Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun böyük köməkliyi oldu. Layihənin icrasında istər mənəvi, istərsədə maddi dəstəyi olan hər kəsə təşəkkür edirik. Komissiyanın müsbət rəyindən sonara filmin geniş onlayn təqdimatı keçiriləcəkdir.

Layihə rəhbəri Radə Abbas

LEAVE A REPLY