Sovet İttifaqı dövründə Ermənistandan Azərbaycana çəkilmiş dəmir yolu, tunellər,xaraba qalmış binaların taleyinə baxın.

0
92

İNKİSAF.AZ

Salamlar, dostlar!

Ermənistanın xəyanəti üzündən İranla sərhəddən keçən Meğri dəmir yolu stansiyası, itirilən Sovet əzəmətinin qalıqları və bu dəmir yolu stansiyasının yanında yerləşən tərk edilmiş tunellər, Görünür, bu yerlərdən həyat bir anda tamamilə yox olmuş, sanki kimsə  yanan işığı alıb söndürmüşdür.

Bütün bunlara baxanda və burada hər şeyin daha inkişaf etmiş bir sivilizasiyanın təcrübəsi olduğunu hiss edirsən.Son anda təcrübə uğursuz elan edilmiş və sivilizasiya təhlükəsiz şəkildə planetinə qayıtmışdır.

Bu sivilizasiyanın gediş tarixini tamamilə dəqiq bir şəkildə müəyyən edə bilərik – 1992-ci ildə, İrəvan-Bakı dəmir yolu xəttinin mövcudluğu dayandırıldı və Azərbaycan ilə Ermənistan arasında dəmir yolu əlaqəsi əbədi olaraq kəsildi. 29 il səssiz qalan həyatın yenidən qayıtması an və iradə məsələsidir. Bunu Erməni tərəfi bacaracaqmı?

Bu tunellərin hər biri əsl mühəndislik əsəridir. Bu cür tikililərin tikilməsinə nə qədər səy və pul xərcləndiyini təsəvvür edirsinizmi? Bütün bunları inşa edən insanların hisslərini təsəvvür edirsinizmi? Millətçilik və şovinizim üzündən, onların əl izləri gözlənilmədən tarixin zibil qutusuna atıldı.

Bu hisləri yaşamadan,vaxtı ilə buranın necə bir qaynar həyatla dolu  bir mənzərə olduğunu təsəvvür edmədən keçmək olmur. dağlari, tunelləri və yoldan baxanda görünən İranla sərhədi. Təəssüf ki,  indi yalnız keçmiş əzəmətin qalıqlarına baxa bilirik …

Təsəvvür edirsinizmi, sağ tərəfdən  tuneldən keçən bir lokomotiv aramla irəlləyir inanarsızmı? İnanın artıq əzəmətli Azərbaycan ordusu öz sözünü dedi və erməni xalqına əl uzadır. indi söz erməni xalqınındır. Ya inkişaf üçün Azərbaycanın əlini sıxmalıdırlar, ya da oz yanlış ombisyaları ilə gedib tədricən məhv olmalıdılar.

İllər keçəcək və mədəniyyət yenidən buraya qayıdacaq. Mən həqiqətən inanmaq istərdim. Bəs sən?

 

LEAVE A REPLY