İnkişaf  Yolunda

0
53

inkisaf.az

 

 

 

 

 

 

 

COVİD-19 qlobal pandemiyası dövründə xüsusi karantin rejimində və eləcə də sənətdə hər zaman öz dəsti-xətti ilə seçilən, daima inkişafda olan və eyni zamanda sənəti gənc nəslə ustalıqla aşılamasına görə “İnkişaf” qəzeti və inkisaf.az saytı adından Fəxri Fərmanla təltif olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəlliməsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Tərəqqi” medalı ilə təltif olunmuş rəssam Səmayə Rzayeva ilə yaxından tanış olaq.   Rzayeva Səmayə İslam qızı 1956 – cı ildə Bakı şəhərində anadan olmuşdur.

1963-1971- ci illərdə səkkiz illik təhsil almış və 1971-1975- ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1976-1981-ci illərdə
M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu ” Sənaye İncəsənəti” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, rəssam konstruktor ixtisasına yiyələnmişdir. 1981-1991-ci illərdə təyinatla Azərbaycan Bədii Fondunun Bədii Yaradıcılıq Kombinatında rəssam vəzifəsində işləmişdir. Uzun müddət bədii yaradıcılıq kombinatının Nəzarət komitəsinin sədri olmuş və digər ictimai işlərdə çalışmışdır. 1983-1993-il Azərbaycan Dövlət Pedaqoji İnstitunda müəllim,
1983-1991-ci illərdə Azərbaycan Respublikası 1 nömrəli İncəsənət Məktəbində müəllim vəzifəsində çalışmışdır. 1984-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının ” Təsviri və tətbiqi sənət” şöbəsində müəllim vəzifəsində çalışmışdır. Bir çox fəxri fərmanlarla təltif olunub, şagirdləri Respublikanın Ali Təhsil ocaqlarında təhsil alır, Respublika və Beynəlxalq sərgilərdə uğurla iştirak edirlər. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimidir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 2014- cü il 30 sentyabr tarixli 757 nömrəli sərəncamı ilə ” Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2015-ci ildə “Azərbaycan Məktəbi” jurnalı nömrə 4 , Elmi- nəzəri, pedaqoji,
“Təsviri incəsənət estetik tərbiyənin təsirli vasitəsidir” mövzusunda elmi məqaləsi nəşr olunmuşdur. 1981- ci ildən Beynəlxalq və Respublika sərgilərində uğurla iştirak edir.
Xatırladaq ki, Səmayə xanım ardıcıl olaraq uğurlu və fəal fəaliyyətinə görə “Uğurlarımızla 2020”-yə və “Uğurlarımızla 2021”-ə mükafatına layiq görülüb və  2020-ci ildə  “Vətənə Həsr Olunmuş Ömür” adlı ilk onlayn fərdi yaradıcılıq sərgisi keçirilib.
Biz də İnkisaf.az saytı olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sənətkarımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

 

SHARE
Previous articleİnkişaf Yolunda
Next articleİnkişaf Yolunda

LEAVE A REPLY