İnkişaf Yolunda

0
127

inkisaf.az

COVİD-19 qlobal pandemiyası dövründəxüsusi karantin rejimində və eləcə də sənətdə hər zaman öz dəsti-xətti ilə seçilən, daima inkişafda olan və eyni zamanda sənəti gənc nəslə ustalıqla aşılamasına görə “İnkişaf” qəzeti və inkisaf.az saytı adından Fəxri Fərmanla təltif olunan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəlliməsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zinaida Çernakova ilə yaxından tanış olaq.

Zinaida Mürsəl qızı Çernakova 1980–ci ildə sentyabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 58 №-li nömrəli orta məktəbi bitirmişdir. 2005–ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünsalıq fakültəsinə daxil olmuşdur və 2010–cu ildə  fərqlənmə diplomu ilə bitirmişdir.
2013–cu ildə “ NUM.az” MMC cəmiyyətində ekspert–menecer vəzifəsinə təyin olmuşdur. 2015–ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsinə daxil olmuş, 2017-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Rəssamlar İttifaqına üzv qəbul olunub. 2019–cu ildə ADRA-nın dissertanturasına daxil olub. Zinaida xanım müxtəlif beynəlxalq və yerli sərgilərdə iştirak etmiş, fərqləmə diplomu və mükafatlara layiq görülmüşdür.
Eyni zamanda Zinaida xanım bir neçə xarici dil biliyinə də malikdir.
Xarici dillərdə olan məqalələr də daxil olmaqla bir neçə elmi məqalənin müəllifidir.

Hal – hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  müəllimi vəzifəsində çalışır. Xatırladaq ki, sənətkar ardıcıl olaraq uğurlu və fəal fəaliyyətinə görə “Uğurlarımızla 2020”-yə və “Uğurlarımızla 2021”-ə mükafatlarına layiq görülüb. Zinaida xanımın 2020-ci ildə “Yaratdığım Kimi Yaşayıram” adlı ilk onlayn fərdi yaradıcılıq sərgisi keçirilib.
Biz də İnkisaf.az saytı olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sənətkarımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

SHARE
Previous articleİnkişaf  Yolunda
Next articleİnkişaf Yolunda

LEAVE A REPLY