Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib

0
689

Ümumilikdə 25 litr qan verilib.

İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin təşəbbüsü ilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O, bildirib ki, qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib. Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarında, mütəmadi olaraq, qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.

LEAVE A REPLY