İnkişaf Yolunda

0
93

inkisaf.az

    COVİD-19 qlobal pandemiyası dövründə xüsusi karantin rejimində və eləcə də sənətdə hər zaman öz dəsti-xətti ilə seçilən, daima inkişafda olan və eyni zamanda sənəti gənc nəslə ustalıqla aşılamasına görə “İnkişaf” qəzeti və inkisaf.az saytı adından Fəxri Fərmanla təltif olunan  ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”
döş nişanı ilə təltif olunmuş, Azərbaycan Rəssamlar İttifaqının üzvü
Rəsmiyyə Mahmudova ilə yaxından tanış olaq.

 Mahmudova Rəsmiyyə Nəriman qızı 1979-cu il avqustun 3-də Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. Orta məktəbin 9-cu sinfində oxuyan zamandan Şəki rayonu Fuad Abdurrəhmanov adına incəsənət məktəbinin rəssamlıq fakültəsinə qəbul olub. Və beləliklə ilk rəssamlıq təhsilini Şəkidə almışdır. 1996-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olub və uğurla bitirmişdir. 2003-cü ildən Sabunçu rayonu 67saylı otra məktəbdə rəssam, 2006-ci ildən isə Bakı Sənaye Pedaqoji kollecində təsviri incəsənət müəllimi kimi fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə müxtəlif dərəcəli diplomlara, təltiflərə layiq görülüb. 2012-ci ildə “Rəsm Rəngkarlıq Kompozisiya” orta ixtisas məktəbləri üçün dərs vəsaiti “Təsviri incəsənət” ixtisaslar ücün təhsil nazirinin 04.05.2012— ci il 763 nömrəli əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir. 2017-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika(Plakat) fakültəsinə qəbul olub magistr elmi- ixtisas dərəcəsi almışdır.  2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecində təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir . 2019-cu il 24 dekabr tarixli K-1899 nömrəli əmri ilə Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramov tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Rəsmiyyə xanım uğurlu və fəal fəaliyyətinə görə “Uğurlarımızla 2020”-yə və “Uğurlarımızla 2021”-ə mükafatlarına layiq görülüb.
Rəsmiyyə xanımın 2020-ci ildə “Vətən Sevgisi Naxışlarda”  adlı ilk onlayn fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgi izləyicilər arasında böyük maraq və rəğbətə səbəb olmuşdur. Biz də İnkisaf.az saytı olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sənətkarımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

SHARE
Previous articleİnkişaf Yolunda
Next articleİnkişaf  Yolunda

LEAVE A REPLY