İnkişaf Yolunda

0
116
{"source_sid":"4CB00F7C-7BA4-4D8B-84FF-F4E28BEE04E8_1608853463370","subsource":"done_button","uid":"4CB00F7C-7BA4-4D8B-84FF-F4E28BEE04E8_1608853463357","source":"other","origin":"gallery"}

inkisaf.az

 

COVİD-19 qlobal pandemiyası dövründə xüsusi karantin rejimində və eləcə də sənətdə hər zaman öz dəsti-xətti ilə seçilən, daima inkişafda olan və eyni zamanda sənəti gənc nəslə ustalıqla aşılamasına görə “İnkişaf” qəzeti və inkisaf.az saytı adından Fəxri Fərmanla təltif olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Aynur Əliyeva ilə yaxından tanış olaq. Aynur Nazir qızı Əliyeva 1992-ci ildə Bakıda anadan olmuş və 1999-cu ildə
23 nömrəli orta məktəbə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbin məzunu olmuşdur. 2010-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və 2014-cu ildə universiteti uğurla bitirmişdir. 2015-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, və Gənc Rəssamlar Birliyinin Üzvüdür. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq Gənclər İnkisaf Mərkəzində işə başlamışdır. Hal-hazırda analıq məzuniyətindədir və gözəl sənət əsərləri yaradaraq müxtəlif sərgilərə qatılıb uğurlu rəssamlıq fəaliyyəti göstərir.
Aynur xanımın 2020-ci ildə “Mənim Palitram” adlı ilk onlayn fərdi yaradıcılıq sərgisi keçirilib. Eyni zamanda Aynur xanım “Vətənpərvərlik Etüdləri” müsabiqəsinin qaliblərindəndir.

İstedadlı rəssam Aynur xanım bu yaxınlarda uğurlu və fəal fəaliyyətinə görə “Uğurlarımızla 2021”-ə  adlı mükafata layiq görülüb. Biz də İnkisaf.az saytı olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə rəssamımızı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

LEAVE A REPLY